Azərbaycanlı aktyordan şok ETİRAF: "Pul qarşılığında sevgili olmaq təklifi gəlmişdi" FOTO


Şou-biznes 06 Noy 2017 21:15:00 323 0

Azərbaycanlı aktyordan şok ETİRAF: "Pul qarşılığında sevgili olmaq təklifi gəlmişdi"  FOTO

"Alfons olmağı seçmədim"

Aktyor Elvin Əhmədovun Son.az-a müsahibəsi.

- Elvin, son illərdə bir neçə ekran işinə çəkilsəniz də yarım qalıb. Bunun səbəbi rejissorlardan asılıdır, yoxsa sizdən?

- Mən dəvət olunduğum bütün seriallarda çəkilmişəm. Bu il də bir neçə serial var idi, yalnız biri başlamalı idi. Söhbət ATV telekanalında yayımlanacaq olan "Yarpaqlar" serialından gedir. Maliyyə məsələlərinə görə həmin serialdan ayrıldım. Rejissorla münasibətim isə çox yaxşıdır. Yəqin ki, o da məni başa düşər. "Şirin xəyallar" serialında da çəkilməliyəm. Sadəcə olaraq hələ bu serialın çəkilişi dayandırılıb.

- Bir çox gənc aktyorlar nəinki qonorarda razılığa gəlir, hətta pulsuz da çəkilməyə razılıq verirlər. Siz bəs?

- Mən dəfərlərlə demişəm, yenə də demək istəyirəm ki, pulsuz çəkilə bilmərəm. Bu mümkün deyil. Çünki bu sənət mənim qazancımdır. Belə deyək də işimi görürəm və əvəzində pulumu alıram. Maddiyyat yaşamaq üçün çox önəmlidir.

- Çox qonorar tələb edirsiniz?

- Xeyr, hamı bilir ki, mən qonorarda razılaşıram.

- Filmə dəvət alanda ilk öncə nəyi nəzərdən keçirirsiniz?

- Mən öncə rejissorun kim olduğuna baxıram. Daha sonra isə ssenari və rola. Paralel olaraq maliyyəyə də baxıram. Rejissorların əksəriyyətini tanıyıram deyə razılaşırıq.

- Əcnəbi aktyorlar bütün rollarda özlərini sınayırlar və yaxşı da alınır. Elvin üçün çərçivə var?

- Təəssüf ki, müəyyən çərçivələr bizim genimizə bağlandığına görə bütün rolları oynamaq da olmur.

Dünya səviyyəli aktyorlar üçün burada çərçivə yoxdur. Birincisi əcnəbi aktyor o rol üçün 25 milyon dollar pul alır. Amma bizdə fimlərə o qədər maliyyə ayrılmayıb. Müəyyən rollar var ki, çəkilərəm, elə rol da var çəkilmərəm. Yenə də deyirəm, ssenaridən də çox şey asılıdır. 100-200 manata görə özümü biabır etmərəm. Elə bir rol yoxdur ki, bacarmaram, sadəcə elə bir rol ola bilər ki, özümü orda görmərəm.

- Elvin, çox pozitiv insansınız. Həyatdan zərbə almısınız?

- Bəli, həyatdan zərbə almışam. Bu da anamın itkisi ilə bağlı olub. Bu itkini heç kimə arzulamıram. Kimdəsə bu cür hal baş verərsə, ilk rəhmətə gedən insanın övladlarını fikirləşirəm. Çünki bu hal insanı ciddi stressə salır. Anamın ölümündən sonra mən 2 il heç bir filmdə çəkilmədim. Hətta aktyor kimi formamı da itirmişdim. Təsadüfən hər şeyin bitdiyi bir anda qapılar yenidən taybatay açıldı. 2 ildən sonra "Sənə inanıram" serialında çəkildim. Bu serial ilə yenidən ekranlara qayıtdım.

- Bu müddət ərzində kimlərdən dəstək gördünüz?

- İlk növbədə ailəmdən dəstək gördüm. Yaxın çərçivəm elə də geniş deyil. Amma yaxın çərçivəmdə bu gün də dostlarım var.

- Hər bir ana övladının xoş gününü arzulayır. Ananızın sizinlə bağlı ən böyük arzusu nə idi?

- Anam təbii ki, bütün analar kimi övlad toyu arzulayırdı. Onun ən böyük arzularından biri də məni kinoaktyor kimi ekranlarda görmək idi. "Dolu" filminin təqdimatına 2 ay qalmış anam rəhmətə getdi. Demək olar ki, o məni ekranlarda görmədi. Mən özümə söz verdim ki, o görməsə belə davam edib çəkilib, ən yaxşısını ortalığa qoyacağam.

- Yeməyinizi kim hazırlayır?

- Hal-hazırda atamla, qardaşımla bir yerdə qalıram. İnsan hər bir vəziyyətdən çıxmağı bacarmalıdır. Biz bunu üçümüz də yaxşı başa düşürük. Hələ ki, bacımdan başqa heç birimiz ailə həyatı qurmamışıq. Bu günlərdə isə dayı olmuşam. Allah bu sevinci hamıya qismət etsin.

- Evlənməyə cəhd etməmisiniz?

- Xeyr, hələ ki, bu barədə düşünməmişəm. Deyə bilmərəm ki, sevdiyim olmayıb, olub. 27 yaşına çatan elə bir insan olmaz ki, sevdiyi olmasın. Həyatımda bir neçə insan olub hətta.

- Deməli gününüzü keçirmək üçün sevmisiniz?