Cəlilabadda 23 yaşlı rayon sakini qonşusu tərəfindən bıçaqlanıb


Sosial 06 Noy 2017 20:17:26 227 0

Cəlilabadda 23 yaşlı rayon sakini qonşusu tərəfindən bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 23 yaşlı Ülvi Nadir oğlu Əhmədov bıçaq yarası ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatırılsa da, onun vəziyyəti ağır olduğundan Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda Ü. Əhmədov Cərrahiyyə şöbəsində əməliyyat olunur. Yaxınlarının dediyinə görə, Ülvi Əhmədov mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.