Reaktiv mühərriklər üçün yanacaq idxalının gömrük rüsumlarından azad edilməsi 2 ay müddətinə uzadıldı


Digərləri 06 Noy 2017 19:58:00 259 0

Reaktiv mühərriklər üçün yanacaq idxalının gömrük rüsumlarından azad edilməsi 2 ay müddətinə uzadıldı

Nazirlər Kabineti "TS-1" markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

Son.az bildirir ki, Trend-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.