Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi


Siyasət 06 Noy 2017 19:13:00 309 0

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".