Bakı Metropoliteninin bir qrup işçisi mükafatlandırılıb - SİYAHI


Sosial 06 Noy 2017 18:14:51 263 0

Bakı Metropoliteninin bir qrup işçisi mükafatlandırılıb - SİYAHI

Prezident İlham Əliyev sərəncamlar imzalayıb

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

İsayev Etibar Cavanşir oğlu

Kərimov Telman Kərim oğlu

Tağıyev Səbuhi Qiyas oğlu.