Bakı Metropoliteninin bir qrup işçisinə fəxri ad və Prezidentin fərdi təqaüdü verilib (SİYAHI)


Digərləri 06 Noy 2017 18:12:00 192 0

Bakı Metropoliteninin bir qrup işçisinə fəxri ad və Prezidentin fərdi təqaüdü verilib (SİYAHI)

Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Bakı Metropoliteninin bir qrup işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Bakı Metropoliteninin 50 illik yubileyi münasibətilə metronun tikintisində və istismarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin: İsayev Etibar Cavanşir oğlu Kərimov Telman Kərim oğlu Tağıyev Səbuhi Qiyas oğlu Dövlət başçısının digər sərəncamı ilə Bakı Metropoliteninin tikintisində uzun müddət səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Əfəndiyev Şaiq Kərim oğlu Xankişiyev İqor Abbasoviç Musayev Zeynalabdin Mustafa oğlu Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.