21 yaşlı qız hamamda dəm qazından zəhərləndi


Digərləri 06 Noy 2017 17:52:00 234 0

21 yaşlı qız hamamda dəm qazından zəhərləndi

Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Yusifova Röyalə Rövşən qızı evlərinin hamamında dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməyi ilə o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.