21 yaşlı qız hamamda dəm qazından zəhərləndi


Digərləri 06 Noy 2017 17:38:00 222 0

21 yaşlı qız hamamda dəm qazından zəhərləndi

Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Bakı. Samir Əli - Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Yusifova Röyalə Rövşən qızı evlərinin hamamında dəm qazından zəhərlənib. Ailə üzvlərinin köməyi ilə o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.