Ankaranın yeni meri seçildi


Dünya 06 Noy 2017 17:14:00 214 0

Ankaranın yeni meri seçildi

Türkiyənin paytaxtı Ankaranın yeni meri seçilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu vəzifəyə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib.

O, 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub. Qeyd edək ki, bir neçə həftə əvvəl Ankara meri İbrahim Melih Gökçek istefaya yollanmışdı.