Slaven Biliç istefaya göndərildi


İdman 06 Noy 2017 17:19:00 258 0

Slaven Biliç istefaya göndərildi

İngiltərənin “West Ham” komandasının baş məşqçisi Slaven Biliç istefaya göndərilib.

Goal.az klub saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis uğursuz nəticələrlə əlaqədar postundan kənarlaşdırılıb. Xorvatiyalı baş məşqçi ilə yanaşı, 4 köməkçisinin də xidmətinə ehtiyac duyulmayıb.

Qeyd edək ki, Slaven Biliç 2015-ci ilin iyunundan “West Ham”ə rəhbərlik edirdi. Paytaxt komandası İngiltərə Premyer Liqasında 11 turdan sonra 9 xalla 18-ci pillədə qərarlaşıb.