Azərbaycanlı aktyorların çəkildiyi filmin Türkiyədə möhtəşəm qala gecəsi VİDEO FOTO


Digərləri 06 Noy 2017 17:01:00 291 0

Azərbaycanlı aktyorların çəkildiyi filmin Türkiyədə möhtəşəm qala gecəsi  VİDEO  FOTO

"Yanlış anlama" filminin İstanbulda möhtəşəm qala gecəsi keçirilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, sözügedən layihədə baş rollarda azərbaycanlı aktyorlardan Pərvin Abıyeva, Fərda Xudaverdiyev və İslam Mehrəliyev rol alıb. Türkiyəli yaradıcı həyətə isə aktrisa Pelin Sönmez, Şevket Çoruh, Hakan Bilgin, Sennur Nogaylar, İlhan Daner, Bahadır Efe, Duygu Karaca kimi məşhurlar daxildir.

Macəra janrında çəkilən ekran işinin rejissoru Ulaş Cihan Şimşək, filmin ssenarisi isə Ayberk Çınardır.

Pərvin Abıyeva Türkiyənin tanınmış media orqanlarının da qatıldığı qala gecəsindən görüntüləri sosial şəbəkədə paylaşıb. Gecə üçün dərin sinə və çiyin dekolteli libas seçən P.Abıyeva xüsusi diqqət çəkib.

Azərbaycan və Türkiyənin birgə istehsalı olan film qardaş ölkədə maraqla qarşılanıb.