Maşın körpüyə çırpıldı: yaralananlar var VİDEO FOTO


Digərləri 06 Noy 2017 16:53:00 277 0

Maşın körpüyə çırpıldı: yaralananlar var  VİDEO  FOTO

Qaxda minik avtomobili körpüyə çırpılıb, nəticədə iki nəfər xəsarət alıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Qax-Şəki avtomobil yolunun 1-ci kilometrliyində baş verib.

Laçın rayonundan olan məcburi köçkün, 34 yaşlı Elsəvər Həsənov idarə etdiyi "VAZ 21010" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın Kürmük çayı üzərindəki dəmir körpüyə çırpılıb. 

Nəticədə sürücü və onun sərnişini, Qax rayon Əmbərçay kənd sakini, 27 yaşlı Bəhruz Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elsəvər Həsənova qapalı kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. 


Xəbərə aid fotolar