Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu FOTO


Kriminal 06 Noy 2017 16:57:00 1015 0

Milli geyim dəfiləsi Göyçayda XII Nar festivalının parlaq bəzəyi oldu  FOTO

Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin dəfiləsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Göyçay İcra Hakimiyyəti Göyçayda birgə təşkil etdiyi XII Nar festivalının parlaq bəzəyinə çevrilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəfilədə daha əvvəl müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunmuş geyimlər nümayiş etdirilib.

Kolleksiyanın nümayişində "Venera" agentliyinin (rəhbəri Syama Həsənova) modelləri iştirak ediblər. Modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova təşkilatçılara öz minnətdarlığını bildirib, festivalın yüksək səviyyədə keçirildiyini vurğulayıb.