Xəyyam: "Azərbaycanda kasıb müğənni yoxdur"


Şou-biznes 06 Noy 2017 16:20:00 351 0

Xəyyam: "Azərbaycanda kasıb müğənni yoxdur"

Müğənni Xəyyam Nisanov sənət dostlarının var-dövlətindən danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "ATV maqazin onlarla" verilişində ifaçıları yalançı adlandırıb. 

O bildirib ki, Azərbaycan şou-biznesində kasıb müğənni yoxdur. "Deyirlər şou-biznesdə ən varlı müğənni sənsən" sualına Xəyyam belə cavab verib:

"Bahalı maşına otururlar, bahalı binada yaşayırlar. Sağlıqlarına qismət. Arzu edirəm ki, məndən çox varları olsun. Qonşumda məndən çox olsun, başqasında gözü qalmasın. Varlı müğənnilərdən biri hesab edilirəmsə yaxşıdır. Azərbaycanda kasıb müğənni yoxdur. Kimsə gizlədir, bəzilərinin xasiyəti belədir. Soruşanda deyirlər toy yoxdur. Şou-biznesdə buna inanmıram. Hamısı sosial şəbəkədən görünür ki, toylarda, işdə-gücdədir. Heç kimin pulunu saymammışam.