Marselo yalnız Roberto Karlosdan geri qalır
İdman 06 Noy 2017 16:09:00 250 0
İspaniya La Liqasının 11-ci turunda "Las Palmas"ı 3:0 hesabı ilə məğlub edən "Real" yenidən liderlə xal fərqini 8-ə endirib. Oyun Madrid klubunun braziliyalı müdafiəçisi Marselo üçün xüsusilə əlamətdar olub. Goal.az xəbər verir ki, "sambaçı" "Real" forması ilə La Liqada 300 oyun həddinə çatan 2-ci futbolçu olub. Bu baxımdan ilk yeri 370 oyunla Roberto Karlos tutur.
La Liqa tarixində ən çox oyun keçirən braziliyalı futbolçular:
1. Donato - 466
2. Dani Alveş - 422
3. Roberto Karlos - 370
4. Mauro Silva - 369
5. Filipe Luis - 311
6. Marselo - 300
Mənbə: goal.az