Bu il AÇG-dən Neft Fonduna 5,2 mlrd. dollar daxil olub
İqtisadiyyat 06 Noy 2017 15:37:52 369 0
ARDNF-ə daxilolmaların ümumi həcmi 127,3 mlrd. dolları üstələyib
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzər dənizinin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin satışından 5,195 mlrd. ABŞ dolları məbləğində vəsait daxil olub.
Bu barədə "report"a Neft Fondundan bildirilib.
Ümumilikdə, AÇG üzrə 2001-ci ildən bu il noyabrın 1-nə qədər ARDNF-ə daxilolmaların ümumi həcmi 127,304 mlrd. dollar təşkil edib.
Mənbə: report.az