Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb


Digərləri 06 Noy 2017 15:07:00 287 0

Bədii gimnastika komandamız Belçikada 5 medal qazanıb

Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib.

Bakı. Ötən həftənin sonu Belçikanın Gent şəhərində bədii gimnastika üzrə “Happy Cup” turniri keçirilib. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamız 4 qızıl və 1 bir gümüş medal qazanıb. Bütün medalları komandanın üzvü Zöhrə Ağamirova əldə edib. O, ilk qızılını məhz ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Daha sonra o, halqa, gürzlər və lentlə də final mərhələlərində növbəti 3 qızıl medala yiyələnib. Z.Ağamirova 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb. Turnirdə “yunior” proqramda ölkəmizi təmsil edən gimnastımız Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançımız 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb.