Mafiyanın yeni lideri: "1 nömrəli vor zakon" postuna namizəd müəyyən olundu


Dünya 06 Noy 2017 14:30:00 344 0

Mafiyanın yeni lideri: "1 nömrəli vor zakon" postuna namizəd müəyyən olundu

Rusiyada həbsdə olan "Şakro Moldooy" ləqəbli "Bir nömrəli vor zakon" Zaxari Kalaşovun klanında onun yerinə müvəqqəti namizədin kimliyi müəyyənləşib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu "Vasya Voskres" ləqəbli Vasili Xristoforovdur.

Vasili Xristoforov əvvəlcə "Ded Xasan"ın klanında "mühasib" funksiyasını yerinə yetirib, kriminal qruplaşmanın "obşak"ına baxıb və bu işdə qüsursuz imicə malik olub.

"Şakro Molodoy" 2016-cı ildə həbs olunub, onu uzunmüddətli həbs cəzası gözləyir. "Şakro"nun həbsindən sonra onun varisinin kim olacağı barədə müzakirələr aparılırdı, qərar isə qəbul olunmamışdı. Çünki mafiya inanırdı ki, "Şakro" hansısa yolla azadlığa çıxacaq. Lakin indi tam əminlik yaranıb ki, "Şakro" yaxın gələcəkdə azadlığa çıxa bilməyəcək.