Telefon oğruları tutuldu


Digərləri 06 Noy 2017 12:57:00 260 0

Telefon oğruları tutuldu

Metrpolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 2-də metronun "28 May" stansiyasında Bakı şəhər sakini Z.İbrahimlinin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Seyidov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən son.az-a verilən məlumata görə, onun bir gün əvvəl eyni yerdə Bakı şəhər sakini A.İsgəndərovanın cibindən mobil telefon oğurlaması da müəyyən edilib.

Telefon oğurlamaqda şübhəli bilindiyinə görə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulan Elman Ələkbərovla bağlı Qaradağ RPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il avqust ayının 28-dən sentyabr ayının 14-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 10 mobil telefon oğurlaması da müəyyən edilib.

Noyabrın 1-də paytaxt sakini C.Vəliyevin "Hyundai" markalı avtomobilindən mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Temirov da Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Onun sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə ayrı-ayrı vətəndaşlara məxsus 9 avtomobildən mobil telefon və planşet oğurlaması da müəyyən edilib. Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 22-də rayon sakini olan bir qadının mənzilindən 600 manat, noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əziz Rzazadə tutulub.