Səudiyyə Ərəbistanı bütün yolları bağladı - HARA və NİYƏ?


Digərləri 06 Noy 2017 12:55:00 293 0

Səudiyyə Ərəbistanı bütün yolları bağladı - HARA və NİYƏ?

Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb.

Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb. Trend-in məlumatına görə, bununla belə, humanitar yardımların Yəmənə daxil olmasına icazə veriləcək. Həmçinin bildirilir ki, yolların bağlanmasında məqsəd İrandan Yəmənə silah göndərilməsinin qarşısını almaqdır. Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.