İtaliyaya gəmi gəldi İçində 26 meyit


Dünya 06 Noy 2017 12:41:00 260 0

İtaliyaya gəmi gəldi  İçində 26 meyit

İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 niqrantın olduğu gəmi daxil olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sahil-Mühafizə Xidmətinin əməkdaşları gəmidə 26 qadının meyitini də aşkar edib.

Hazırda onların ölüm səbəbləri araşdırılır. İlkin ehtimal olaraq həmin qadınların gəmidəki şəraitsizlik və sıxıntıdan ölmələri qeyd olunur.

Ölən qadınların hamısının Nigeriya vətəndaşı olduğu bildirilir.