Əlikram Bayramov klipindəki qıza görə həyat yoldaşı ilə problem yaşadı VİDEO FOTO


Şou-biznes 06 Noy 2017 12:33:00 439 0

Əlikram Bayramov klipindəki qıza görə həyat yoldaşı ilə problem yaşadı  VİDEO  FOTO

"ARB Ulduz"un "Virtual həyat" proqramında bu dəfə müğənni Əlikram Bayramovun yeni klipindən söz açılıb. Son.az bildirir ki, yazla payızın qovuşduğu bir məkanda yeni klipini çəkib elə könlündə də yaz ab-havası yaşayan müğənni, yeni işinin kifayət qədər maraqlı alındığını bildirib:

"Klip çəkiləndə təbiətin o qədər gözəl çağı idi ki. Payızın elə bir vaxtı idi ki, həm yaşıllıq vardı, həm də saralmış yarpaqlar. Fikir verəndə adama elə gəlir ki, bir tərəfə yazdır, o biri tərəfdə payız. Klip Quba rayonunun İkinci Nügədi kəndində çəkilib. Orda gözəl məkanlar var, xüsusilə göl var. Mən ora gedəndə həmin məkana o qədər turist gəlmişdi. Düşündüm ki, kliplərimizi belə gözəl məkanlarımızda niyə çəkmirik axı? İnanıram ki, klip tamaşaçıların xoşuna gələcək. Çünki çox maraqlıdır". Bir müddət öncə klipdəki qıza görə həyat yoldaşı ilə aralarında söz-söhbət yaranan sənətçi əvvəlcədən həyat yoldaşına səslənərək özünü sığortalayıb: "Bu xanımlar ki var, onların qəlbi incədir də. Onlar qısqanc olurlar. Mən də bu qısqanclığa məhəl qoymuram. Çünki bu iş mənim işimdir. Buradan xanımıma söyləyirəm ki, mən hər zaman onu sevmişəm. O, mənim qəlbimdədir. İki sevda çəkənin cəzası var. Mənim də qəlbimdə bir sevda var. Narahat olma. Nə var ey, burda. Klipdir də". Əlikram Bayramovla olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiniz. Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərə aid fotolar