"Şopinq Festivalı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək"


Digərləri 06 Noy 2017 12:21:00 289 0

"Şopinq Festivalı ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək"

Şopinq Festivalının ümumilikdə ölkə iqtisadiyyatına təsiri necə olacaq?

Son.az bakushopfest-ə istinadən xəbər verir ki, Şopinq Festivalının təşkil edilməsi ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Bir çox ölkələrin təcrübələrinə diqqət yetirsək görərik ki, şopinq festivallarının təşkil edilməsi ölkəyə sərmayənin cəlb edilməsi və eyni zamanda ölkə daxilində xidmət və digər sektorlarda dövriyyənin genişləndirilməsi baxımından vacibdir.

Şopinq Festivalı xüsusən körfəz ökələri, həmçinin inkişaf etmiş ölkələrdə tədbiq edilən praktikadır. Eyni zamanda özəllik ondan ibarətdir ki, iqtisadiyyata sərmayənin cəlb edilməsi və eləcə də sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından kifayət qədər müsbət təsirlərə malikdir.

Bu baxımdan, bir mənalı şəkildə şopinq festivallarının təşkil edilməsi Azərbaycan iqtisadiyyatına müsbət təsirlərə malikdir.

Festival ölkəyə turist axınını nə dərəcədə artıra bilər?

Şopinq Festivalı əslində turizm sektorunun inkişaf etdirilməsi baxımından istifadə edilən alətlərdən biridir. Turistlərin cəlb edilməsində festivalların rolu və payı kifayət qədər çoxdur.

Bütovlükdə nəzərə almaq lazımdır ki, turistlərin cəlb edilməsi üçün, xüsusən də indiki post-neft dövründə, fərqli üsullardan istifadə olunmasına ehtiyac var. Onlardan biri və kifayət qədər əhəmiyyətlisi şopinq festivallarının təşkil edilməsidir ki, Azərbaycanda da artıq bu ənənə formalaşmaqdadır. Və bu ənənənin formalaşması da ölkəyə daha çox turistin gəlməsinə imkan verir.

Şopinq festivalları turizm sektorunun inkişafı və eləcə də ölkəyə gələn turistlərin sayının artırılması baxımından pozitiv təsirlərə malikdir.

Festivalın iqtisadiyyatının diversifikasiyasına yönlənmiş siyasətinə təsirini necə dəyərləndirirsiniz?