Suriya ordusu İŞİD-in İraqla sərhəddə yerləşən forpostuna hücum edib


Dünya 06 Noy 2017 12:15:32 262 0

Suriya ordusu İŞİD-in İraqla sərhəddə yerləşən forpostuna hücum edib

Qoşunlar sərhəd zonasında yerləşən Akkaş neft yatağına yaxınlaşır

Suriya ordusunun əsgərləri və könüllülər İraq ilə sərhədə qədər gəlib çatıb və İŞİD terror qruplaşmasının forpostu sayılan Əbu-Kamal şəhərindən 30 km cənubda qərarlaşıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, qoşunlar sərhəd zonasında yerləşən Akkaş neft yatağına yaxınlaşır.

İraq Hərbi Hava Qüvvələrinin helikopterləri Əbu-Kamala daxil olmağa hazırlaşan Suriya ordusuna dəstək verir. İraq ordusu tərəfdən döyüşən "Əl-Həşd Əl-Şaabi" qruplaşması terrorçuları daim atəşə tutaraq onların İraq ərazisində sığınmasına imkan vermir.