Həbs olunan məmurun atasından AÇIQLAMA:


Digərləri 06 Noy 2017 11:56:00 261 0

Həbs olunan məmurun atasından AÇIQLAMA:

Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərov oğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən danışıb.

Son.az xəbər verir ki, o, unikal.org-a açıqlamasında bildirib ki, övladının həbsindən çox narahatdır və bunun şər-böhtan olduğunu istisna etmir: "3 gündür övladım həbs edilib. Hələlik görüşünə də icazə verilmir. Onunla bağlı heç bir məlumatım yoxdur. Yəqin ki, şər-böhtandır.

Əlində, üstündə nəsə tutulmayıb ki, deyəsən, hansısa cinayət törədib?! İnanıram ki, haqq-ədalət qalib gələcək".