Prosineçki yeni iş yerini açıqladı


İdman 06 Noy 2017 11:19:00 280 0

Prosineçki yeni iş yerini açıqladı

Dekabrda AFFA ilə müqaviləsi başa çatacaq Prosineçki yeni iş yeri barədə danışıb.

Goal.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Xorvatiya mətbuatına açıqlamasında artıq işsiz olduğunu söyləyib: 

“Ən azı dekabrın 15-dək Bakıdayam. Çünki qızım burada məktəbdə dərsə gedir. Azərbaycan tərəfi ilə bütün sənədləşdirmə işlərini başa vurmuşam. Sloveniya millisi ilə bağlı xəbərlər doğrudur. Böyük ehtimalla gələn həftə Sloveniya Futbol Federasiyasının prezidenti ilə danışıqlarım olacaq”.

Xatırladaq ki, Prosineçkinin AFFA ilə müqaviləsi rəsmi şəkildə başa çatdıqdan sonra yeni baş məşqçi Qurban Qurbanov vəzifəsinin icrasına başlayacaq.