İraqda 45 yaşlı azərbaycanlı zəvvar dünyasını dəyişib


Sosial 06 Noy 2017 10:38:00 256 0

İraqda 45 yaşlı azərbaycanlı zəvvar dünyasını dəyişib

Azərbaycanlı zəvvar Vaqi-salam qəbiristanlığında dəfn edilib

İraqda azərbaycanlı zəvvar dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun məlumatına görə, Göyçay rayon sakini, 1972-ci il təvəllüdlü Fikrət Abdulxaliq oğlu Ağakişiyev İraqın Nəcəf şəhərində ürəktutmadan dünyasını dəyişib. 

Azərbaycanlı zəvvar bu gün Nəcəf şəhərində Vaqi-salam qəbiristanlığında dəfn edilib.