Vyetnamda "Damri" 44 nəfəri öldürdü, 19 nəfəri "itirdi"


Dünya 06 Noy 2017 10:11:00 273 0

Vyetnamda "Damri" 44 nəfəri öldürdü, 19 nəfəri "itirdi"

Vyetnamın mərkəzi hissəsində tüğyan edən "Damri" qasırğası son 3 sutkada 44 nəfərin ölümünə səbəb olub, daha 19 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkədə təbii fəlakətlərin fəsadlarına qarşı mübarizə üzrə Milli Koordinasiya Komitəsi xəbər yayıb.

Milli Koordinasiya Komitəsinin verdiyi məlumata görə, güclü leysan yağışları nəticəsində həmin ərazilərdə daşqınlar 40 mindən çox yaşayış evini təhlükə altında qoyub.

Son məlumata görə, 30 mindən çox adam evlərini tərk edib.