Balakəndə maşınla vurulan kişi öldü


Digərləri 06 Noy 2017 10:07:00 262 0

Balakəndə maşınla vurulan kişi öldü

Balakəndə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki,  noyabrın 5-də saat 22.00 radələrində Balakən rayon sakini, 1953-cü il təvəllüdlü Yusif Mehdihacı oğlu Ukalayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə piyada, rayonun Talalar kənd sakini 1955-ci il təvəllüdlü Tofiq Əli oğlu Musayevi vurub. Tofiq Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.