Bakıda televizor körpənin üzərinə aşdı


Digərləri 06 Noy 2017 09:48:00 217 0

Bakıda televizor körpənin üzərinə aşdı

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.