Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiya komandasını məğlub ediblər


Digərləri 06 Noy 2017 08:06:59 260 0

Azərbaycan şahmatçıları Avropa çempionatında Rusiya komandasını məğlub ediblər

Oktyabrın 5-i Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 8-ci turu keçirilib

Bakı. Oktyabrın 5-i Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 8-ci turu keçirilib. Trend-in məlumatına görə, bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Rusiya komandası olub. Rusiya komandasına qarşı mübarizədə Aleksandr Qrişyuk - Şəhriyar Məmmədyarov, Yan Nepomnyaşiy - Teymur Rəcəbov, Maksim Matlakov - Arkadi Naydiç və Daniil Dubov - Rauf Məmmədov cütlükləri qarşılaşıblar. Aleksandr Qrişyuk - Şəhriyar Məmmədyarov, Yan Nepomnyaşiy - Teymur Rəcəbov, Daniil Dubov - Rauf Məmmədov cütlüklərində həmyerlilərimiz qələbə qazanıblar, Maksim Matlakov - Arkadi Naydiç cütlüyündə isə rusiyalı şahmatçı qalib gəlib - 1:3. 8 turdan sonra Azərbaycan komandası çempionata liderlik edir (13 xal), 2-ci və 3-cü yerləri isə Rusiya ilə Ukrayna bölüşürlər (hərəsi 12 xal). Sonuncu 9-cu tur oktyabrın 6-sı keçiriləcək.