Bakıda televizor körpənin üzərinə aşıb


Sosial 06 Noy 2017 03:19:57 295 0

Bakıda televizor körpənin üzərinə aşıb

Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bakının Binəqədi rayonu ərazisində bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-ci il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub.

Nəticədə televizor onun başına düşüb. Körpə ağır xəsarət alaraq xəstəxananın

Reanimasiya şöbəsinə yerləşdirilib.