Bakıda oğul anasının 36 min manatını oğurlayıb qaçdı


Kriminal 05 Noy 2017 23:52:00 298 0

Bakıda oğul anasının 36 min manatını oğurlayıb qaçdı

Bakıda ana oğlunun əməli barəsində polisə şikayət edib. Son.az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu 7-ci sallaqxana məhəlləsində yaşayan 1956-cı il təvəllüdlü Məmmədova Ədilə Hüseyn qızı müraciətində bildirib ki, oğlu, 1976-cı il təvəllüdlü Təhməzov Əlabbas Təhməz oğlu mənzildəki 36 min manatı oğurlayaraq qaçıb.

Faktla bağlı araşdırma aparılır.