Gülbendən iddialara cavab: "Daha bəsdir!"


Digərləri 05 Noy 2017 22:08:10 287 0

Gülbendən iddialara cavab: "Daha bəsdir!"

Müğənni Gülben Ergen həmkarı Yeşim Salkımın keçmiş əri Hakan Uzanla oteldə tutulmağı ilə bağlı polislə yazışmalarının əks olunduğu xəbərlərə münasibət bildirib. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı sosial şəbəkə vasitəsilə bu açıqlamanı verib: 

"Bu mesajların kimə məxsus olduğu üzə çıxdı. Sizcə, kimindir? Murat Emre Kurtulmuşun. Hazırda ifadəsi alınır. Bu Muradın bacısı Seda Kurtulmuş da Erhan Çelikin 7 illik assitsentidir. Qadına şiddətin ən pisini yaşayıram. Heç kimi aldatmaamışam, daha bəsdir! Bu dedi-qoduların yayılmasına səbəb olanların hamısı hakim qarşısına çıxacaq!".