İran Səudiyyə Ərəbistanına raket atmaqla bağlı ABŞ-ın ittihamını rədd edib


Dünya 05 Noy 2017 20:05:16 319 0

İran Səudiyyə Ərəbistanına raket atmaqla bağlı ABŞ-ın ittihamını rədd edib

Tramp İranı Yəməndən Ər-Riyada raket atmaqda ittiham edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib.

“Report” xəbər verir ki, Məhəmməd Əli Cəfərinin sözlərini yerli IRNA sitat gətirib.

"Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə bizim Yəmənə raket vermək imkanımız yoxdur", — deyə IRNA Cəfərinin sözlərini sitat gətirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə qüvvələrinin Ər-Riyadın şimal-şərqinə atılan ballistik raketi tutduqlarına dair məlumat yayılıb.

Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı istiqamətində raketin atılmasında İranı ittiham edib.