Şəhidimizin anası: "Heyf, Tural övladını qucağına ala bilmədi" FOTO


Digərləri 05 Noy 2017 17:53:00 326 0

Şəhidimizin anası: "Heyf, Tural övladını qucağına ala bilmədi"  FOTO

"Sabah Turalın oğlunun 40-ı çıxacaq. Allah bütün uşaqları xoşbəxt etsin. Turalımın Turalı da xoşbəxt olsun".

Son.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında bu ilin fevralında  Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş baş leytenant Tural Haşımlının anası Gülnarə Haşımlı deyib.   Şəhidimizin anası nəvəsinin səhhətinin normal olduğunu bildirib.   "Şükürlər olsun ki, uşağın səhhəti normaldır. Amma Tural aramızda deyil. Turalın yoxluğu mənə çox pis təsir edir. Övlad itirmək böyük dərddir.Özümə yer tapa bilmirəm. Bircə təsəllim Turaldan bizə yadigar qalan nəvəmin olmasıdır. Heyf, Tural övladını qucağına ala bilmədi".   Qeyd edək ki, şəhid Tural Haşımlı doğulduğu Naxçıvanın Ordubad şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.