Batumidə azərbaycanlı turist uçan aparatla dənizə düşüb


Sosial 05 Noy 2017 17:21:31 334 0

Batumidə azərbaycanlı turist uçan aparatla dənizə düşüb

Xilasedicilər yedək qurğu vasitəsi ilə aparatı və onu tapa biliblər

Bazar günü Gürcüstanın Batumi şəhərinin Qara dəniz sahillərində Azərbaycan və Ukraynadan olan iki turist deltaplanla dənizə düşüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Agentliyinin mətbuat xidmətinə istinadən "Ipress" məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Uçan aparat havaya qalxmaq cəhdlərindən dərhal sonra dənizə düşüb. Xilasedicilər yedək qurğu vasitəsi ilə aparatı və onda olan iki turisti tapa biliblər", - deyə idarənin məlumatında bildirilir.

Qeyd olunur ki, aparat dənizə 15 metr hündürlükdən Batumi yaxt-klubu yaxınlığında düşüb.