Kərkükdə iki partlayış:


Dünya 05 Noy 2017 16:57:05 250 0

Kərkükdə iki partlayış:

İraqın Kərkük şəhərində ardıcıl iki terror aktı törədilib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ilk partlayış kamikadze tərəfindən həyata keçirilib. Terrorçu özünü insanların çox olduğu ərazidə partladıb.

Digər terror hücumu isə "Həşdi Şabi" könüllü ordusunun ofisinə edilib. Belə ki, bomba ilə yüklənmiş avtomobil ofisin yanında partladılıb.