"Başa düşdüm ki, onunla eyni şəhərdə yaşaya bilməyəcəm"


Şou-biznes 05 Noy 2017 16:10:00 319 0

"Başa düşdüm ki, onunla eyni şəhərdə yaşaya bilməyəcəm"

Bakılı gözəl kişilərə inanmır, ona görə də nikah layihəsində iştirak edərək türkə ərə getmək qərarına gəlib.

"Azərbaycan gözəli - 2016" musabiqəsinin qalibi Günel Ağayeva yaşamaq üçün Türkiyəyə köçüb və orada türk kanallarından birindəki "Hande Ataizi ilə" evlənmə proqramına qatılıb.

Son.az xəbər verir ki, o, sözügedən layihədə iştirakı barədə Sputnik Azərbaycan-a verdiyi müsahibədə danışıb.

- Günel xanım, özünüz haqqında danışın. Niyə Türkiyəyə getmək və orada yaşamaq qərarına gəldiniz?

- Mənim 28 yaşım var. Rusiyada böyümüşəm. Sonra ailə problemləri səbəbindən Bakıya köçmüşük. Burada mən teatr təhsili almışam, uzun müddət toy paltarları mağazalarında model və gözəllik salonlarında işləmişəm.

Dörd il əvvəl mənim bacım Türkiyəyə ərə gedib. Mən tez-tez onlara qonaq gedirdim. Sonra başa düşdüm ki, artıq Bakıda yaşamaq istəmirəm. Mən vətənimi sevirəm, amma Türkiyədə xoşbəxtəm. Mənim Bakıda uzun illər bir nəfərlə əlaqəm olub, amma sonra biz ayrılmışıq. Ayrılmağımızdan artıq 3 il keçib. Buna baxmayaraq, başa düşdüm ki, onunla eyni şəhərdə yaşaya bilməyəcəm.

Anam əvvəlcə mənim İstanbula köçüb tək yaşamaq qərarımın əleyhinə idi. Amma onda bir şeyi başa düşdüm: yeni həyatı qurmaq üçün hər şeyi unutmaq və risk eləmək lazımdır. Əvvəlcə anamdan uzaqda hər şey çox çətin idi. Anam üçümüzü tək böyüdüb. O, həmişə mənə dəstək verib, ona görə bu dəfə də qərarıma hörmətlə yanaşdı və harada mənə xoşdursa, orada yaşamağımın düzgün olduğunu dedi.

- Türkiyədə nə ilə məşğulsuz?

- Mən teatr sahəsi üzrə təhsil almışam. Türkiyədə aktyorları tamamilə başqa cür öyrədirlər. Bakıda filmlərə baxırsan və görürsən ki, aktrisalar emosiyasız, hissiz oynayırlar, hətta göz yaşları belə həqiqi deyil. Çünki onlar səhnə danışığı, kamera qarşısında özünü necə aparmaq dərslərini keçməyiblər. Onlarda hər şey süni alınır, çünki onların çoxu peşəkar artis deyillər. Kimsə onları tapşırıb.

Təəssüf ki, bizdə istedad qiymətləndirilmir. Mənə hər dəfə Azərbaycan filmlərində çəkilməyi təklif edirlər, amma imtina edirəm. Bəlkə də yalnız böyük qonorar təklif etsələr, razılaşaram.

- Nikah proqramında iştirak etmək qərarına necə gəldiniz?

- Hər gün dərsdə oluram və sonra da evə gedirəm. Küçədə heç kimlə tanış olmuram, çünki insanlara etibar eləmirəm. Mənim keçmiş münasibətlərimin yaxşı qurtarmaması səbəbindən artıq heç kimə inanmıram. Fikirləşdikdən sonra bəxtimi bu verilişdə sınamaq qərarına gəldim.