Rusiyada pələng zoopark əməkdaşına hücum edib


Dünya 05 Noy 2017 15:52:57 290 0

Rusiyada pələng zoopark əməkdaşına hücum edib

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib

Rusiyanın Kalininqrad şəhərində pələng zooparkın qadın əməkdaşına hücum edib. O, xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a heyvanat parkının mətbuat xidmətindən məlumat verilib.

"Biz məlumatı təsdiq edirik. Hadisə zooparkın yırtıcı və kürəkayaqlılar şöbəsində heyvan baxıcısının başına gəlib. O, hazırda xəstəxanada şok vəziyyətindədir", - deyə məlumatda bildirilir.