Bu yazı sosial şəbəkə istifadəçilərini çaşbaş saldı


Digərləri 05 Noy 2017 15:41:16 334 0

Bu yazı sosial şəbəkə istifadəçilərini çaşbaş saldı

Sosial şəbəkələrin istifadəçilərini İngiltərənin Oksfordşir qraflığında əkin sahəsində bir yazı çaş-baş salıb.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, yazıda "Syu" (Sue) və ingilis hərfi "eks" (x) əks olunub. Yazı yerli polis tərəfindən helikopterdən çəkilib, "Tvitter" sosial şəbəkəsində paylaşılıb: "Kimsə Testvortdan cənubda, M40 yolunun o tərəfində Syunu tanıyır?"

Sosial şəbəkələrin istifadəçiləri #FindSue ("Syunu tapmaq") və #WhoIsSue ("Syu kimdir") heşteqləri ilə paylaşımlar etməyə başlayıblar. Nəticədə müxtəlif nəzəriyyələr ortaya çıxmağa başlayıb - bir versiyaya görə "x" hərfinin ortasında xəzinə basdırılıb, bəziləri hətta yadplanetlilərin müdaxiləsini qeyd ediblər.