Nar festivalı başladı FOTO


Digərləri 05 Noy 2017 15:16:20 339 0

Nar festivalı başladı  FOTO

Noyabrın 3-də Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə XII Nar festivalı keçirilib.  Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının, ümumilikdə, 30 minə yaxın insanın iştirak etdiyi Nar festivalı, həmçinin milli adət-ənənələrimizin əyani nümayişinə çevrilib.

Əvvəlcə qonaqlar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Nar festivalının iştirakçıları Heydər Əliyev prospektində musiqi sədaları altında qarşılanıblar. Qonaqlara yerli müəssisələrin istehsalı olan nar şirələri paylanılıb.  Xanəndələrin ifasında nara həsr olunmuş milli musiqi, muğam və folklor nümunələri təqdim edilib.


Xəbərə aid fotolar