Tramp Yaponiyadan Şimali Koreyaya mesaj göndərdi: "Heç də xoş olmaz"


Dünya 05 Noy 2017 13:53:00 271 0

Tramp Yaponiyadan Şimali Koreyaya mesaj göndərdi: "Heç də xoş olmaz"

Asiya turuna çıxan ABŞ prezidentinin ilk ziyarəti Yaponiyaya olub.

Qafqazinfo Euronews-a istinadən xəbər verir ki, Tokioda Yokota Hərbi Hava Qüvvələri bazasında yüzlərlə hərbiçi qarşısında çıxış edən Tramp Şimali Koreyaya sərt mesajlar göndərib.

O, Şimali Koreyanın ABŞ-ı təhdid etməsindən əl çəkməsini tələb edib. Əks təqdirdə nəticələrin xoş olmayacağını bildirib:

"Heç bir diktator və rejim Amerikanın qərarlılığını gözardı etməməlidir. Keçmişdə bunu etmişdilər, amma bu, onlar üçün heç də xoş olmamışdı".