Aryen Robben "Bayern Munich"in tarixinə düşüb


İdman 05 Noy 2017 12:31:00 280 0

Aryen Robben "Bayern Munich"in tarixinə düşüb

Almaniya Bundesliqasının 11-ci turunda "Borussia Dortmund"un qonağı olan "Bayern Munich" rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, matçın 17-ci dəqiqəsində hesabı açan Aryen Robben Münhen klubunun tarixinə düşüb. Təcrübəli havbek Almaniya çempionatında 93-cü qolunu vurub və "Bavariya"nın ən məhsuldar legioneri statusunu qazanıb. Robben 2009-cu ildən "Bayern"də çıxış edir. Bundesliqanın tarixində ən sərrast alman futbolçu "Bavariya"nın sabiq qolyadoru Gerd Müller (365 qol), ən məhsuldar legioner isə Klaudio Pizarrodur (191 qol).