Yağış yağacaq


Digərləri 05 Noy 2017 12:26:34 260 0

Yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, axşam bəzi yerlərdə yağış  yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz  cənub küləyi  ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 11-14° isti, gündüz 16-20° isti, Bakıda gecə  12-14° isti, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-55 % olacaq.