Con Terri ciddi zədə alıb


İdman 05 Noy 2017 11:50:00 367 0

Con Terri ciddi zədə alıb

Mövsümün əvvəlində "Chelsea"dən "Aston Villa"ya transfer olunan Con Terri bir neçə ay komandasına kömək edə bilməyəcək. Goal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Championship-in 16-cı turunda "Sheffield Wednesday"ə qarşı oyunda (1:2) ciddi zədə alıb. O, matçın 21-ci dəqiqəsində meydanı tərk etməli olub. "Aston Villa"nın baş məşqçisi Stiv Bryus Terrinin ayaq barmaqlarında sınıq ehtimalı olduğunu bildirib. "The Sun" təcrübəli futbolçunun təxminən 3 ay müddətinə sıradan çıxdığını bildirib.