Araz Abdullayevin komandası darmadağınla qalib gəldi


İdman 05 Noy 2017 10:29:00 339 0

Araz Abdullayevin komandası darmadağınla qalib gəldi

Kipr çempionatında 11-ci turun oyunları keçirilir. Goal.az xəbər verir ki, həmyerlimiz Araz Abdullayevin çıxış etdiyi “Anorthosis” doğma meydanda “Olympiacos Nicosia” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 5:1.  Araz oyunun 63-cü dəqiqəsində meydana daxil olub. Geridə qalan turlarda 22 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdir.