Tramp Asiya ölkələrinə səfərə çıxacaq


Dünya 05 Noy 2017 01:57:18 296 0

Tramp Asiya ölkələrinə səfərə çıxacaq

Ağ Ev rəhbəri bu gün Yaponiyaya səfər edəcək

ABŞ prezidenti Donald Tramp Asiya ölkələrinə uzun müddətli səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ağ Ev rəhbəri bazar günü Yaponiyaya səfər edəcək. Trampın Yaponiyada KXDR və ticarət məsələsini müzakirə edəcəyi gözlənilir.

O, noyabrın 6-7-də Cənubi Koreyaya, çərşənbə günü Çinə səfər edəcək. ABŞ prezidenti noyabrın 10-da Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammitinin keçiriləcəyi Vyetnama gedəcək.

Sammit çərçivəsində Trampın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə də görüçəcəyi bildirilir. Moskva kimi Vaşinqton da bu görüşün baş tutacağını güman edirlər. Tramp özü bir qədər əvvəl bildirib ki, Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammitində Putinlə görüşünü ehtimal edir.

Ekspertlərin gözləntilərinə görə, iki liderin görüşünün mövzusu Suriya, Ukraynda və Şimali Koreya ola bilər.

ABŞ prezidenti turnesini noyabrın 12-14-də Filippində başa vuracaq.