Kasnı kökləri diabet xəstəliyi zamanı səmərəli vasitədir


Digərləri 04 Noy 2017 22:50:00 365 0

Kasnı kökləri diabet xəstəliyi zamanı səmərəli vasitədir

Deyilənə görə, kasnının məşhurlaşmağında Sultan Süleymanın böyük rolu olub. Bir gün Sultan öyrənir ki, saray xidmətçiləri ərzaq anbarından qəhvə oğurlayaraq yerini ona bənzəyən məhsulla doldururlar. Sultan həmin məhsuldan hazırlanan içkinin dadına baxır və çox xoşuna gəlir. Qəhvənin yerinə dolduran həmin bitki kasnı imiş.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, kasnı Avropada orta əsrlərdə məşhurlaşmağa başladı. Əhali onun toxumlarını qovuraraq yaşıl içki hazırlayırdı.

Qədim Misirdə kasnının müalicəvi xüsusiyyətləri məlum idi, ondan həzmi yaxşılaşdıran vasitə kimi istifadə olunurdu. İlk dəfə hollandlar 1690-cı ildə kasnının toxumlarını qovuraraq onu təcrübədən keçiriblər. Hazırda dünyada kasnı istehsalının 40 faizdən çoxu Fransanın payına düşür.

Kasnı Aralıq dənizindən Skandinaviyayadək, Britaniyadan Şərqi Sibir və Hindistanadək, bir sözlə, Avrasiyanın mülayim və tropik iqlim qurşaqlarında geniş yayılıb. Qafqazda da meşə, çəmənlik, yol kənarları və orta dağ qurşağına qədər olan ərazilərdə ona rast gəlmək olar. Arıçılığın inkişafı üçün faydalı bitkidir.

Qədim Romada həzmi yaxşılaşdıran, Misirdə ilan və həşərat zəhərlənməsinə qarşı müalicəvi vasitə kimi istifadə edilirdi. Məşhur loğman İbn Sina podaqra, həzm traktı və göz xəstəliklərinin müalicəsində kasnını əsas vasitələrdən sayırdı. Müasir tibdə kasnı sakitləşdirici, şəkərsalıcı, öd və sidikqovucu, iltihab əleyhinə, qızdırmasalıcı və antiparazitar xüsusiyyətlərinə görə müalicə vasitəsi kimi tətbiq edilir.