Kaliforniyada atışma olub: ölən və yaralananlar var


Dünya 04 Noy 2017 22:34:00 325 0

Kaliforniyada atışma olub: ölən və yaralananlar var

Naməlum şəxslər avtobusu atəşə tutublar

ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində atışma olub.

Son.az "Report"a istinadən bildirir ki, "Los Angeles Times" qəzeti polisə istinadən xəbər verib. Xəbərdə bildirilir ki, naməlum şəxslər dayanmış avtobusu sərnişinlər yerə düşərkən atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisədən sonra nəqliyyat vasitəsinin sürücüsü avtobusu zərər çəkmişlərlə birlikdə polis bölməsinə gətirib.


Xəbərə aid fotolar